
Bakı. Trend:
Yalnızca Zəngəzur dəhlizi yox, regionda layihələrin həyata
keçməsi ən çox Ermənistanın yararına olacaq.
Trend xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin NATO
PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər
xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə
açıqlamasında deyib.
“Regionda bu kimi layihələrə ən çox Ermənistanın ehtiyacı var.
Biz onsuzda fərqli dəhlizlərlə, Bakı-Tblisi-Qars dəmir yolu və
nəqliyyat dəhlizləri ilə önəmli addımlar atdıq. Amma Zəngəzur
dəhlizinin də hər kəsə faydası olacaq. Bu dəhliz layihəsinin də
həyata keçməsini də Türkiyə olaraq dəstəkləyirik”, – deyə o
bildirib.
Xəbər yenilənəcək





























