Advertisement

“Birləşdik – 2024” komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib (FİOTO)

Bakı. Trend:

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan
respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə
plana əsasən, Qazaxıstanın Aktau şəhərində “Birləşdik – 2024”
əməliyyat-taktiki komanda-qərargah təliminin planlaşdırma konfransı
keçirilib.

Bu barədə Trend Müdafiə
Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda
təlimə hazırlıq və icra olunacaq tapşırıqlarla bağlı bir sıra
məsələlər müzakirə olunub.

Qeyd edək ki, cari ilin iyul ayında Qazaxıstan Respublikasının
“Oymaşa” təlim poliqonu, eləcə də Xəzər dənizinin akvatoriyasında
yerləşən Tokmak Burnunda keçiriləcək təlimdə “Silahlı münaqişələrin
yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının
icrası” üzrə fəaliyyətlər yerinə yetiriləcək.