Advertisement

Minatəmizləmə səylərində Azərbaycanla həmrəyik – BMT-nin rezident əlaqələndiricisi

Bakı. Trend:

Bütün vətəndaşlar üçün daha təhlükəsiz gələcəyi təmin etmək üçün
minalardan təmizləmə səylərində Azərbaycanla həmrəyik.

Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreevanın “X” sosial şəbəkə hesabında
bildirib.

Bərpa və yenidənqurma istiqamətində yol uzundur. Qlobal dəstək
sayəsində minalarsız dünyaya doğru irəliləyişə nail ola bilərik

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası
mina və partlamamış hərbi sursatların təhlükəsinə diqqəti cəlb
etmək məqsədilə aprelin 4-nü “Ümumdünya Mina Maarifləndirilməsi və
Minalarla Mübarizə Dəstəyi Günü” elan edib.