
Bakı. Trend:
Fransa KTMT üzvü olan Ermənistana texnika tədarük etməklə
qadağanı pozan ilk NATO ölkəsidir.
Trend xəbər verir ki, bu barədə Fransanın İrəvandakı səfiri
Olivye Dekotti deyib.
O qeyd edib ki, əməkdaşlıq Ermənistan Müdafiə Nazirliyinin hərbi
qulluqçularının və hərbi məsləhətçilərinin həm Ermənistanda, həm də
Fransada yenidən hazırlanmasına da aiddir.
“Müdafiə sahəsində biz Ermənistanı dəstəkləyirik ki, özünü
müdafiə edə bilsin”, – deyə o bildirib.
Qeyd etmək lazımdır ki, Ermənistanın geniş şəkildə
silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən
Fransa hər vəchlə regionda sabitliyin və sülhün bərpa olmasına
maneə üçün çalışır. Onun Azərbaycana qarşı yürütdüyü siyasətin nə
dərəcə saxta olması həm ATƏT-in Minsk Qrupu həmsədrliyi dövründə,
həm də 44 günlük Vətən müharibəsində bəlli oldu.
Lakin Fransa başa düşməlidir ki, işğalçı dövlət Ermənistanı
“sülhsevər” kimi təqdim edib, ona dəstək olmağın heç kəsə faydası
olmayacaq. Nə imici zədələnmiş Fransaya, nə də öz məqsədləri üçün
istifadə etdiyi Ermənistana…





























