
Bakı. Trend:
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət
Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud
Çavuşoğlu ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri “X”
platformasında bildirib.
“Bu gün Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə
heyətinin rəhbəri, qardaşım Mövlud Çavuşoğlu ilə faydalı görüşümüz
baş tutdu.
Müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi, çoxtərəfli
əməkdaşlıq, postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı
fikir mübadiləsi apardıq”, – Ceyhun Bayramov vurğulayıb.





























