Advertisement

Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır

Bakı. Trend:

Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası
əlaqələr üzrə işçi qrupu yaradılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası
Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının
rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli
Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan
Respublikası Milli Məclisi qərarının layihəsində əksini tapıb.

İşçi qrupunun rəhbərinin deputat Cavanşir Feyziyev olması təklif
edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul
edilib.