
Bakı. Trend:
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin
əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun
imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19)
infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb
işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə
qərara dəyişiklik edilib.
Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən
tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2024-cü il
iyulun 1-dək uzadılıb.





























