
Bakı. Trend:
Azərbaycan özünün xarici əlaqələrini genişləndirməkdə davam
edir. Birmənalı olaraq deyə bilərik ki, bu gün ən müxtəlif
sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı üçün
geniş perspektivlər açan istiqamətlərdən biri də Afrika ölkələri
olan münasibətlərdir. Azərbaycan dövlətinin xarici siyasətində bu
istiqamət mühüm yerlərdən birini tutur. Bu baxımdan Konqo
Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə aprelin
3-də baş tutmuş rəsmi səfəri də böyük əhəmiyyət kəsb edən
hadisədir.
Bu fikirləri mətbuata açıqlamasında Kamaləddin Qafarov
səsləndirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev artıq aprelin 4-də
mətbuata bəyanatla etdiyi çıxışında Konqo Prezidentinin Azərbaycana
ilk rəsmi səfərinin çox gözəl nəticələri olacağını bildirib.
“Dövlətimizin başçısı Azərbaycan və Konqo Prezidentləri
tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Konqo
Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”nin önəmini
vurğulayaraq qeyd edib ki, bu, ölkələrimiz arasında əməkdaşlığın
perspektivlərini müəyyən edəcək çox önəmli və sanballı bir
sənəddir. İmzalanmış Bəyannamə iki ölkə arasında siyasi əlaqələrin
də bundan sonra uğurla inkişaf edəcəyini deməyə əsas verir.
Dövlət başçılarının görüşü zamanı iqtisadi sahədə əməkdaşlıq
imkanları da geniş müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan
Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir
və bu bu layihələrin arasında kənd təsərrüfatı yönümlüləri üstünlük
təşkil edəcək. Nəzərə almaq lazımdır ki, Konqonun çox böyük kənd
təsərrüfatı potensialı var və bu ölkədə əkin sahələrinin çox cüzi
hissəsindən istifadə edilir. Həmçinin ölkənin kifayət qədər bol su
mənbələrinə və bütün il boyu günəşli hava şəraitinə malik olması
kənd təsərrüfatı sahəsində əməkdaşlığın həqiqətən də cəlbedici
perspektivlər vəd etdiyini deməyə əsas verir.”
Deputat bildirib ki, Azərbaycanın bütün beynəlxalq
platformalardan neokolonializmə qarşı hər zaman barışmaz
mövqelərdən qətiyyətlə çıxış etməsi, sözsüz ki, Afrika ölkələri ilə
münasibətlərin formalaşmasına təsirsiz ötüşmür:
“Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, Qoşulmama
Hərəkatına son 4 il ərzində uğurla sədrlik etmiş Azərbaycan
Konqonun dəstəyini hər zaman hiss etmişdir. Ölkəmizin
təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun
nəticəsində Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının
institusional inkişafı da təmin edilmişdir. Qoşulmama Hərəkatı
hazırda əvvəlki dövrlərə nisbətən daha güclü bir təşkilatdır və 121
ölkənin üzv olduğu bu təşkilatın dünyada gedən proseslərdə oynadığı
rolunun artması hamının marağındadır. Qoşulmama Hərəkatına sədrliyi
dövründə Azərbaycanın prioritetləri sırasında neokolonializmə qarşı
mübarizə məsələləri də mühüm yer tuturdu və dövlətimizin başçısı öz
çıxışında bu prioritetin bu gün də aktual olduğunu vurğuladı.
Cənab Prezident bildirdi ki, dövlətimizin xarici siyasət
istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır və bir müddət
bundan əvvəl Azərbaycanda müstəmləkəçiliyin yeni təzahürlərinə
qarşı mübarizə aparmaq məqsədilə yaradılmış Bakı Təşəbbüs Qrupu da
bunun daha bir sübutudur. Azərbaycan bu gün müstəmləkəçilikdən
əziyyət çəkən xalqları dəstəkləmək, onların hüquqi əsaslar üzərində
azadlığa qovuşmasını təmin etmək yönümündə fəaliyyətini bundan
sonra da davam etdirəcək. Azərbaycan-Konqo münasibətlərinin
dərinləşməsi isə, bu istiqamətdə də fəaliyyətin effektivliyini daha
da artıracaq” .





























