Advertisement

Azərbaycan XİN Niderland hakimiyyətinə çağırış edib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə
çağırış edib.

Trend-in
məlumatına görə, bununla bağlı Nazirlik “X” sosial şəbəkəsində
paylaşım edib.

“Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş
zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz
Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına
hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq”, –
paylaşımda deyilir.

Qeyd edək ki, Niderland polisi isveçli iqlim fəalı Qreta
Tunberqi Haaqada keçirilən etiraz aksiyasında saxlayıb.