Advertisement

Azərbaycan Ordusunun mövqeləri 16 dəfə atəşə tutulub

Bakı. Trend:

Aprelin 6-sı saat 18:30-dan 22:05-dək Ermənistan silahlı
qüvvələrinin bölmələri Çəmbərək, Basarkeçər və Gorus rayonlarının
Cil, Günəşli və Xoznavar yaşayış məntəqələri istiqamətlərində
yerləşən mövqelərindən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın
rayonlarının Əyrivəng, Cəmilli və Hacılar yaşayış məntəqələri
istiqamətlərində yerləşən mövqelərini ümumilikdə 16 dəfə olmaqla,
müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat
cavab tədbirləri görülüb.