Advertisement

Erməni ziyalıları sülhün nə üçün lazım olduğunu öz siyasətçilərinə izah etməlidir – Fəxrəddin Manafov “Tofiq Abbasovla dialoq” verilişində (FOTO/VİDEO)

Bakı. Trend:

“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq”
analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər
verir ki, verilişin qonağı Azərbaycanın Xalq artisti, Xankəndidə
dünyaya göz açmış Fəxrəddin Manafov olub.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışan
F.Manafov qeyd edib ki, erməni ziyalıları Cənubi Qafqazda sülhün nə
üçün lazım olduğunu öz siyasətçilərinə izah etməlidir.

“Erməni ziyalıları siyasətçilərə izah etməlidir ki, sülh qurmaq,
yaratmaq, ərsəyə gətirmək üçün lazımdır. Onlar Azərbaycan
tərəfindən aqressiya gözləməməlidir. Bizdə aqressiya yoxdur.
Ağacları və evləri yandırmaqdan, uşaqları öldürməkdənsə ağac əkmək,
övlad dünyaya gətirmək və tərbiyələndirmək yaxşıdır”, – deyə Xalq
artisti bildirib.

Trend
verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

(Tərcümə: Rəna Əbdürəhmanova)