
Bakı. Trend
Laçında mövqelərimiz atəşə tutulub
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, aprelin 8-si saat
23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus
rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri
istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun
Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri
istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan
fasilələrlə atəşə tutub.
Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat
cavab tədbirləri görülüb.





























