Advertisement

Ceyhun Bayramov qırğız həmkarı ilə görüşdü

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi
səfəri çərçivəsində həmkarı Ceenbek Kulubayev ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X”
sosial media hesabında bildirilib.

Qeyd edilib ki, nazirlər təkbətək görüş keçirib.

Xatırladaq ki, ötən gün xarici işlər naziri Ceyhun Bayramov
Qırğız Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində
yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi
nəzərdə tutulur.