Advertisement

Prezident İlham Əliyev Hacıqabul rayonunda olub

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da
Hacıqabul rayonunda olub.

Trend xəbər verir ki, dövlətimizin başçısı Hacıqabul rayonu
Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci
Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında
iştirak edib və “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq
sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun
çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.