Advertisement

Pakistanın Baş naziri Prezidenti İlham Əliyevə zəng edib

Bakı. Trend:

Aprelin 9-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd
Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
zəng edib.

Trend xəbər verir ki,
Pakistanın Baş naziri Ramazan bayramı münasibətilə dövlətimizin
başçısını təbrik edib, xalqımıza firavanlıq arzulayıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə
minnətdarlığını bildirib, öz növbəsində bayram münasibətilə
Məhəmməd Şahbaz Şərifi təbrik edərək Pakistan xalqına ən xoş
arzularını çatdırıb.

Prezident İlham Əliyev, eyni zamanda, Məhəmməd Şahbaz Şərifi
yenidən Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə
seçilməsi münasibətilə bir daha təbrik edib, ona fəaliyyətində
uğurlar arzulayıb.

Pakistanın Baş naziri də İlham Əliyevə prezident seçkilərində
qələbəsi münasibətilə bir daha təbriklərini çatdıraraq, ona
prezidentlik fəaliyyətində uğurlar diləyib.

Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da
uğurla inkişaf edəcəyinə əminlik ifadə edərək, əməkdaşlığın
perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.