
Bakı. Trend:
Moldovanın Baş nazirinin müavini Vladimir Bolea Azərbaycanın bu
ölkədəki səfiri Ülvi Baxşəliyevi qəbul edib.
Trend-in məlumatına görə, bu barədə səfir Ülvi Baxşəliyev “X”
sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, tərəflər kənd təsərrüfatı sahəsində əlaqələrin
intensivləşdirilməsinə sadiq olduqlarını vurğulayıblar və ölkələr
arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə
ediblər.





























