Advertisement

Hikmət Hacıyev Aİ Siyasi və Təhlükəsizlik Komitəsinin təmsilçiləri ilə müzakirələr aparıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv dövlətlərin daimi
nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Aİ-nin Siyasi və
Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib.

Trend xəbər verir ki, bu
barədə o, “X”də paylaşım edib.

“Biz Avropa İttifaqına üzv dövlətlərin daimi
nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Avropa
İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi ilə geniş və dərin
müzakirə apardıq. Görüşümüzə həmsədrlik etdiyi üçün Siyasi
Direktorun müavini Delfin Pronka (Delphine Pronk) təşəkkür edirəm”,
– paylaşımda bildirilib.

Qeyd edək ki, görüş iştirakçıları arasında Azərbaycan
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov
və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov da
yer alıb.