Advertisement

Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı razılaşmaları pozmağa çalışır – Lavrov

Bakı. Trend:

Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı
razılaşmaları pozmağa çalışır.

Trend xəbər
verir ki, bu barədə Rusiyanın xarici işlər nazir Sergey Lavrov
Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri
Şurasının Minskdə keçirilən iclasının yekunlarına həsr olunan
mətbuat konfransında deyib.

“ABŞ və əlaltıları Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə
bağlı razılaşmaları pozmağa çalışır, Rusiyanın vasitəçiliyi ilə
Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların
reallaşdırılmasını istəmirlər”, – o deyib.

Lavrovun sözlərinə görə, Qərb həmçinin, aktiv şəkildə Mərkəzi
Asiyaya daxil olmağa çalışır.

“Onlar açıq-aşkar Rusiya Federasiyasını hədəfləyən müxtəlif
formatlar yaradır. Strateji planda Qərbin xətti uğursuzluğa
məhkumdur” – deyə o əlavə edib.

Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə
keçirilən iclasında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan,
Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın
diplomatik orqanlarının rəhbərləri və nümayəndələri iştirak
ediblər.

İclasın yekunlarına görə qəbul edilən bəyanata əsasən, 2025-ci
ildə Gəncə, 2026-cı ildə isə Almatı şəhərinin MDB-nin idman
paytaxtı elan olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun