
Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son
qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq
tərəfdaşların dəstəyinə ehtiyac var.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər
Nazirliyinin “X” səhifəsindəki paylaşımında deyilir.
“Daha iki mülki şəxs Ermənistanın yerləşdirdiyi minanın qurbanı
olub. 2020-ci ildə müharibə bitdikdən sonra mina qurbanların sayı
352 nəfərə çatıb”, – paylaşımda qeyd edilir.





























