Advertisement

Aİ minatəmizləmədə Azərbaycanın ən böyük dəstəkçisidir – Delfin Pronk (FOTO)

Bakı. Trend:

Avropa İttifaqı minatəmizləmə məsələsində Azərbaycanın ən böyük
dəstəkçisidir.

Trend xəbər verir ki, bunu Aİ-nin Siyasi və Təhlükəsizlik
Komitəsinin sədri Delfin Pronk deyib.

“Durumu dəyişə biləcəyimizlə fəxr edirəm: minaların
təmizlənməsinə gəldikdə, Aİ Azərbaycanın ən böyük dəstəkçisidir. Aİ
qadınlardan ibarət minatəmizləmə komandasının hazırlanması ilə
qadınların təhlükəsizlikdə oynadığı rolu artırmağa kömək edir”, –
sədr bildirib.

Bundan əlavə, Pronk bildrib ki, regionda sülhün və sabitliyin
təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb və
Aİ əməkdaşlığı dərinləşdirməyə və sülh səylərini dəstəkləməyə davam
etməyə hazırdır.