Advertisement

Moskvadakı terrorun gizli tərəfləri – Niyə məhz “Crocus”?

Bakı. Trend:

Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində
yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara
atəş açıblar. Hadisə “Piknik” qrupunun konsertindən öncə baş verib.
Terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə
yaralanıb.

Bu hadisə son dövrlərin ən qanlı terroru kimi bütün dünyanı
sarsıtdı. Hadisənin motivləri və sifarişçiləri barəsində bir çox
iddialar hələ də səsləndirliməkdədir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin
açıqlamaları isə terrorda ola biləcək qaranlıq maraqları üzə
çıxardır. Medvedev terror hücumunda Fransanı, birbaşa Fransa
Prezidenti Emmanuel Makronu ittiham edib və onu terrorçularla əlbir
olmaqda günahlandırıb.

Fransa isə bu açıqlamanı təkzib etdi.

Bəs Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri
Medvedev niyə Fransanı ittiham edib?

İlk öncə onu xatırlatmağa ehtiyac var ki, Medvedev Rusiyada
sıradan politoloqlardan biri deyil və onun dedikləri kifayət qədər
ciddiyə alınmalıdır. Görünür, onda hansısa məlumatlar var.

Digər tərəfdən isə Qərb mediasında Fransanın terror təşkilatları
ilə əqalərinə dair xeyli sayda məlumatlar var. Bu da Fransanın
sözügedən terror hadisəsini sifariş vermək üçün imkanlara sahib
olduğunu göstərir.

Niyə məhz azərbaycanlılara məxsus “Crocus City
Hall”?

Terror hadisələrinin törədildiyi yerlər heç zaman təsadüfi
seçilmir. Mütləq şəkildə həmin hadisəni törədən şəxslər və ya
qurupların yer seçiminin arxasında ciddi məqsədlər dayanır. Görünür
buy olla həm də, Azərbaycan və Rusiya arasındakı münasibətlərə də
zərbə vurmaq planı olub.

“Müsəlman terrorçu”lar obrazı

Ənənəvi olaraq “müsəlman terrorçu”ların hücum etməsi və bunları
görüntüləri almaları və s. metodlar isə özülüyündə Rusiyada dini
qarşıdruma yaratmağa hesablandığı açıq görünür. Terrorun növbəti
dalğası məhz bu olmalı idi. Rusiya-Azərbaycan münasibətlərində
gərginlik, Rusiyada dini zəmində qarşıdırma, müsəlmanlar və
digərləri arasında toqquşmalar.

Hazırda Rusiya tərəfindən araşdırmalar davam edir və istintaqın
gedişində yəqinki, daha dolğun məlumatlar əldə olunacaq.