
Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov İordaniya Silahlı
Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri
general-mayor Yusif Əhməd Al-Hnaiti ilə görüşüb.
Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun
önündən keçdikdən sonra, protokola uyğun olaraq general-polkovnik
Z.Həsənov ziyarətçilər kitabını imzalayıb.
Geniş tərkibdə keçirilən görüşdə hərbi, hərbi texniki sahədə
əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilib.
Görüşün sonunda müdafiə sahəsində əməkdaşlığa dair Saziş
imzalanıb.





























