
Bakı. Trend:
Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin
narahatdır.
Trend xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyi
“X”dəki paylaşımında bildirib.
“Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti
daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa
çağırırıq”, – XİN bildirib.
Qeyd edək ki, İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat
keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri
endirilib.





























