
Bakı. Trend:
İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olan Azərbaycan
Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al
Hüseyn ilə görüşüb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını
çatdırıb.
Görüşdə İordaniya ilə bir çox sahələrdə olduğu kimi hərbi sahədə
də əməkdaşlığın vacibliyi vurğulanıb.





























