
Bakı. Trend:
Bölgədə gərginliyin azalmasını istəyirik.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyənin xarici işlər naziri Hakan Fidan İran XİN rəhbəri Hüseyn
Əmir Abdullahiyan ilə telefon danışığı zamanı qeyd edib.
Abdullahiyan İranın İsrailə qarşı cavab əməliyyatının sona
çatdığını və hücuma məruz qalmadığı təqdirdə ölkənin başqa bir
addım atmayacağını bildirib.
Qeyd edək ki, İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat
keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri
endirilib.





























