
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı
həmkarı Baxtiyor Saidovla görüşüb.
Trend-in
məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial
şəbəkəsindəki hesabında məlumat yer alıb.
“Nazirlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da
genişləndirilməsi ilə bağlı məsələlərin geniş spektrini, mövcud
regional vəziyyəti müzakirə ediblər”, – məlumatda deyilir.
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov aprelin 14-də
Özbəkistan Respublikasına işgüzar səfərə yola düşüb.





























