Advertisement

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə ilkin dinləmələr keçiriləcək

Bakı. Trend:

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana
qarşı iddiası üzrə ilkin dinləmələr keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN)
mətbuat katibi Ayxan Hacızadə “X” hesabında yazıb.

O qeyd edib ki, bu gün Bakı vaxtı ilə saat 12:00-da Beynəlxalq
Ədalət Məhkəməsinin (Ermənistan Azərbaycana qarşı) İrqi
Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD)
(Ermənistan Azərbaycana qarşı) müraciəti ilə bağlı iş üzrə
Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai
dinləmələr keçiriləcək.

Vurğulanıb ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər
nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir.