Advertisement

Daşkənddə Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin XİN başçılarının görüşü keçirilir

Bakı. Trend:

Daşkənddə “Mərkəzi Asiya – Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq
Şurası” Strateji Dialoqunun xarici işlər nazirlərinin ikinci iclası
öz işinə başlayıb.

Trend xəbər
verir ki, tədbirdə fəxri qonaq qismində Azərbaycanı xarici işlər
naziri Ceyhun Bayramov təmsil edir.

Tədbirdə Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Tacikistan, Türkmənistan, Bəhreyn, Qətər, Küveyt, BƏƏ,
Oman və Səudiyyə Ərəbistanının nümayəndə heyətləri iştirak
edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun