Advertisement

Məişət zorakılığını törədənə xəbərdarlığın edilməməsinə görə məsuliyyət müəyyənləşdi

Bakı. Trend:

Məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının
təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər
çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə
məsuliyyət müəyyən edilir.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətdə
məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının
təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər
çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə
ediləcək.