Advertisement

Azərbaycan Qazaxıstan və Özbəkistan vasitəsilə Qırğızıstana enerji tədarük edə bilər – Nazir

Bişkek. Trend:

Azərbaycan Qazaxıstan və Özbəkistan vasitəsilə Qırğızıstana
enerji tədarük edə bilər.

Trend xəbər
verir ki, bu barədə Qırğızıstanın energetika naziri Taalaybek
İbrayev Qırğızıstan KİV-ə deyib.

Nazirin sözlərinə görə, Azərbaycan hazırda Qazaxıstan və
Özbəkistanla birgə enerji xətlərinin inşası ilə məşğul olur.
Texniki imkanlar sayəsində daha sonra onu asanlıqla Qırğızıstana
ötürmək mümkün olacaq.

“Azərbaycan və Qırğızıstan arasında enerji əməkdaşlığına dair
məsələ çoxdan qaldırılıb və bu yaxında nazirliklər arasında
memorandum imzalanıb. Azərbaycan hazırda aktiv şəkildə neft,
yanacaq-sürtkü materialları, benzin, dizel yanacağı, həmçinin, qaz
ixrac edir.

Tezliklə “Cunda” neft emalı zavodunu (NEZ) modernizasiyadan
sonra işə salacağıq və əlavə neft tədarüklərinə ehtiyacımız olacaq.
Qırğızıstan Azərbaycandan neft tədarüklərində maraqlıdır, hazırda
logistika məsələsi üzərində işləyirik”, – nazir deyib.

T.İbrayev Azərbaycanda kabel məhsullarının, eləcə də,
transformator istehsalının qabaqcıl inkişaf etdiyini qeyd edib.

“Biz danışıqlar aparmışıq və iyun ayında mütəxəssislər
Azərbaycana enerji həftəsinə yola düşəcəklər. Onlar istehsal
prosesini öyrənmək üçün kabellərin istehsal olunduğu zavodları
ziyarət edəcəklər”, – deyə nazir əlavə edib.

Xatırladaq ki, aprelin 24-də Qırğızıstan Energetika Nazirliyi
ilə Azərbaycan Energetika Nazirliyi arasında energetika sferasında
əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun