Advertisement

Azərbaycan vasitəsilə neft tədarükünün artması Orta Dəhlizin aktuallığını artırır – Zaur Qəhrəmanov

Bakı. Trend:

Xəzər dənizi və Azərbaycan vasitəsilə neft və neft-kimya
məhsullarının tədarükünün artması Orta Dəhlizin aktuallığını
artırır.

Trend xəbər
verir ki, bu barədə bu gün SOCAR prezidentinin müşaviri Zaur
Qəhrəmanov 29-cu Bakı Enerji Forumu çərçivəsində “Neft axınları:
Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı” panel
müzakirəsində deyib.

“Hazırda xarici şirkətlər, misal üçün BƏƏ şirkətləri və digər
inivestorlar Orta Dəhlizin əhəmiyyətini qəbul edir və onun
inkişafını maliyyələşdirməyə hazırdır”, – deyə o vurğulayıb.

Z.Qəhrəmanovun sözlərinə görə, Orta Dəhliz multimodaldır,
konteynerlərlə gəmilərdə yüklər, o cümlədən tankerlərdə neft və
neft məhsulları daşınır və həcmlər artır.

Qeyd edək ki, Orta Dəhliz 10 ildir ki, fəaliyyət göstərir, lakin
geosiyasi reallıqlar səbəbindən son 2-3 ildə ən aktiv şəkildə
inkişaf edir.

2023-cü ildə Orta Dəhlizdən 2,7 milyon ton yük keçib (86 faiz
artım) bu il həcmin 4,2 milyon ton olacağı nəzərdə tutulur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun