Bakı. Trend:
“Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti Londonun
“ICE” birjasında 2024-cü il aprelin 30-dan bəri ilk dəfə bir barel
üçün 86 dolları ötüb.
Trend-in
məlumatına görə, bu barədə ticarət platformasından məlumat
verilib.
Məlumata əsasən, “Brent” markalı neftin bir barelinin qiyməti
0,54 faiz artaraq 86,18 dollar olub.
Eyni zamanda, WTI markalı neftin avqust ayında tədarük üçün
fyuçersləri 0,69 faiz bahalaşaraq bir barel üçün 81,71 dollara
yüksəlib.





























