Advertisement

COP29-da iqlim maliyyələşdirilməsi məsələsinin tamamilə yenidən gözdən keçirilməsi planlaşdırılır

Bakı. Trend:

COP29-da iqlim maliyyələşdirilməsi məsələsinin tamamilə yenidən
gözdən keçirilməsi planlaşdırılır.

Trend xəbər
verir ki, bu barədə COP28-in İqlim dəyişmələrinin
maliyyələşdirilməsi üzrə direktoru Samir Süleymanov 29-cu Bakı
Enerji Forumu çərçivəsində”Yaşıl gündəliyin imkanlarının
genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün
strategiyalar və COP29″ panel müzakirəsində deyib.

Onun sözlərinə görə, Bakının BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında
(COP29) mühüm nəticələr əldə etmək şansı yüksəkdir.

“COP29-da iqlimin maliyyələşdirilməsi ilə bağlı bütün məsələnin
yenidən mövqeləndirməsi planlaşdırılır. Bu, iqlim dəyişiklikləri
ilə mübarizənin kim tərəfindən və hansı həcmdə maliyyələşdirməli
olduğuna dair mexaniki təhlildən uzaqlaşmağa yönəlib. Şimal, qərb
və inkişaf etməkdə olan iqtisadiyyatların öhdəliklərinin nəzərdən
keçirilməsi iqlim maliyyələşdirməsinin bütün ölkələrin
karbonsuzlaşdırılmış yeni iqtisadiyyatlar qurması üçün real imkan
olaraq daha əhatəli nəzərdən keçirilməsi ilə əvəz olunacaq. Bu,
dayanıqlı inkişafa və karbon emissiyalarının azaldılmasına
əsaslanan sənaye inqilabının yeni səviyyəsinə keçid üçün unikal
imkandır”, – o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun