Advertisement

“VNG” şirkəti gələcəkdə SOCAR tərəfindən hasil olunan qazı satacağına ümid edir

Bakı. Trend:

Almaniyanın “VNG” şirkəti gələcəkdə SOCAR tərəfindən hasil
olunan qazı satacağına ümid edir.

Trend xəbər
verir ki, bu barədə bu gün “VNG Handel & Vertrieb GmbH” şirkətinin
idarəedici direktoru Konstantin Herzoq Von Oldenburq 29-cu Bakı
Enerji Forumu çərçivəsində “Qaz dialoqu: Enerji böhranı zamanı qaz
təchizatının rolu” panel müzakirəsində deyib.

“Biz qaz idxalı və topdan ticarəti sahəsində fəaliyyət
göstərməklə, ildə təqribən 15-18 milyard kubmetr qaz satırıq. Mən
qaz balansından danışmıram, söhbət Almaniya və qonşu ölkələrdə
fiziki satışlardan gedir. Biz əvvəllər Almaniyaya Rusiya və Norveç
qazını idxal edirdik. Bu ildən Əlcəzair qazının idxalına başladıq
və gələcəkdə portfelimizi SOCAR-ın hasil etdiyi qazla
tamamlayacağımıza ümid edirik”, – o deyib.

Qeyd edək ki, iyunun 6-da Bakı Enerji Forumunun ikinci günü
başlayıb.

Bu gün panel müzakirələrində “Qaz dialoqu: Enerji böhranı zamanı
qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat
imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda
infrastrukturun inkişafı”, “Uğurlu enerji keçidində insan
kapitalının rolu” və “Yaşıl gündəliyin imkanlarının
genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün
strategiyalar və COP29” kimi mövzular müzakirə olunacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun