Bakı. Trend:
2023-cü ildə Azərbaycan Türkiyəyə 10,257 mlrd. kubmetr qaz
satmaqla ölkəyə ən çox qaz tədarük edən 3 ölkədən biri olub. Belə
ki, bu həcm Türkiyənin qeyd olunan dövrdə tədarük etdiyi ümumi
qazın 20,32 faizini təşkil edib.
Trend bu
barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK)
hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2023-cü ildə Azərbaycanın Türkiyəyə tədarük
etdiyi qazın həcmi 2022-ci ilin göstəricisindən 17,8 faiz çox
olub.
Ötən il Türkiyəyə ən çox qaz tədarük edən ölkə 42,27 faizlə
Rusiya olub. 2024-cü ildə Türkiyənin idxal etdiyi qazın 11,86 faizi
isə Əlcəzairin payına düşüb.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























