Bakı. Trend:
Almaniyada yeni qaz elektrik stansiyaları hidrogenə keçid
edəcək.
Trend xəbər
verir ki, bu barədə bu gün “Uniper” şirkətinin vitse-prezidenti
Mixael Hilmer 29-cu Bakı Enerji Forumu çərçivəsində “Qaz dialoqu:
Enerji böhranı zamanı qaz təchizatının rolu” panel müzakirəsində
deyib.
“Almaniya nəticədə hidrogenə keçid edəcək 10 qiqavatt gücündə
qaz elektrik stansiyalarının tikintisini nəzərdə tutan yeni
strategiya elan edib. İlkin olaraq bu elektrik stansiyaları təbii
qazla işləyəcək. Hidrogenə keçidin dəqiq vaxtı hələ müəyyən
edilməyib ki, bu da strategiya ilə bağlı proqnozları qeyri-müəyyən
edir”, – o deyib.
Qeyd edək ki, iyunun 6-da Bakı Enerji Forumunun ikinci günü
başlayıb.
Bu gün panel müzakirələrində “Qaz dialoqu: Enerji böhranı zamanı
qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat
imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda
infrastrukturun inkişafı”, “Uğurlu enerji keçidində insan
kapitalının rolu” və “Yaşıl gündəliyin imkanlarının
genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün
strategiyalar və COP29” kimi mövzular müzakirə olunacaq.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























