Advertisement

SOCAR MTQ sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft-qaz hasilatı və maye
təbii qaz (MTQ) sahəsində yeni layihələr həyata keçirməyi
planlaşdırır.

Trend xəbər
verir ki, bu barədə bu gün SOCAR-ın vitse-prezidentinin müşaviri
Səriyyə Bünyatova 29-cu Bakı Enerji Forumunda deyib.

“Neft-qaz hasilatı sektorunda layihələr portfelimizi inkişaf
etdirərək genişləndiririk. Bunun bariz nümunəsi bu yaxınlarda
BƏƏ-də neft layihəsində 3% iştirak payının satın alınmasıdır.
Hasilat sahələrində, eləcə də MTQ üzrə digər layihələr də
planlaşdırırıq”, – o deyib.

S. Bünyatova xarici investorların Azərbaycanın neft-qaz hasilatı
sektoruna marağının artdığını qeyd edib.

“Hasilat sektoruna qoyulan investisiyaların həcmi əvvəlki
illərlə müqayisədə artır. Bundan başqa, belə bir anlayış var ki,
Aİ-də qaza olan tələbatı qazın hasil olunduğu ölkələrdəki yataqlara
aşağı investisiyalarla qarşılamaq mümkün deyil”, – deyə o
bildirib.

Onun sözlərinə görə, SOCAR hazırda qaza olan tələbatla əlaqədar
olaraq, diqqətini müvafiq yataqlarda işlərin sürətləndirilməsinə
yönəldib.

“Xüsusən, hazırda “Abşeron” yatağının tammiqyaslı işlənilməsinə
üzrə fəaliyyəti sürətləndirməyə çalışırıq və layihə
tərəfdaşlarımızla müvafiq müzakirələr aparırıq”, – o deyib.

S.Bünyatova həmçinin qeyd edib ki, SOCAR “ADNOC” şirkətinin
“Abşeron” layihəsinə daxil olmasını alqışlayır və bu şirkətlə
əməkdaşlığın uzunmüddətli olacağına inanır.

O, əlavə edib ki, yaxın vaxtlarda “Azəri-Çıraq-Günəşli”
yatağından ilk dərin qazın çıxarılması gözlənilir və “Ümid-Babək”də
də iş gedir.

O əlavə edib ki, yaxın vaxtlarda “Azəri-Çıraq-Günəşli”
yatağından ilk dərin qazın hasil edilməsi gözlənilir və
“Ümid-Babək” üzrə işlər görülür.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun