
Bakı. Trend:
Azərbaycan 2024-cü ilin yanvar ayında Gürcüstana ən çox bitum
tədarük edən 3 ölkədən biri olub.
Trend bu
barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqına istinadən
xəbər verir.
“Gürcüstan 2024-cü ilin yanvar ayında 4,7 min ton bitum idxal
edib ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 51 faiz
azdır. Bu həcmin yarıdan çoxunu Rusiya, 46 faizdən çoxunu İraq,
yerdə qalan həcmi isə Azərbaycan tədarük edib”, – deyə İttifaqdan
bildiriblər.
Qeyd edək ki, bitum əsasən tikinti sektorunda istifadə
olunur.
Azərbaycan ənənəvi olaraq Gürcüstana ən çox karbohidrogen və
neft məhsulları tədarük edən ölkələr siyahısına daxildir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























