Advertisement

Bakıda neft emalı zavodu “Avro-5” benzini istehsal edəcək

Bakı. Trend:

İyun ayının sonunadək Bakıda yerləşən Heydər Əliyev adına neft
emalı zavodu (NEZ) “Avro-5” ekoliji standartı üzrə avtomobil
benzini istehsalına başlayacaq.

Bu barədə Trend-ə məlumatlı mənbədən xəbər veriblər.

Bakı Neft Emalı Zavodu hazırda modernizasiya və yenidənqurma
üzrə irimiqyaslı layihə həyata keçirir. NEZ-in gücü hazırda ildə
6,5 milyon ton təşkil edir, modernizasiya və yenidənqurma işlərinin
yekunlarına görə zavod Xəzər regionu ölkələrindən ildə toplam 7,5
milyon ton həcmdə bütün neft növlərini emal etmək üçün nəzərdə
tutulub.

Layihənin tam yekunlaşması 2027-ci ilə planlaşdırılır.
Modernizasiyadan sonra zavodda ildə 2 milyon ton avtomobil benzini
istehsal olunacaq. 2,9 milyon ton dizel yanacağı, 1 milyon ton
reaktiv yanacağı, 390 min ton neft-kimya məhsulları istehsal
olunacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun