Bakı. Trend:
Azərbaycanda yaradılan neft-qaz infrastrukturu uzun illər xidmət
göstərəcək və layihələri səmərəli edəcək
Trend xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək
Hüseynov iyunun 4-də Bakı Ekspo Mərkəzində “Stereotiplərin
qırılması: enerji həllərinin formalaşdırılması” adlı panel
müzakirəsi zamanı deyib.
“Azərbaycan neft və qaz ehtiyatları ilə zəngindir. Bibiheybətdə
ilk quyunu qazdıq və bu yataqdan hələ də neft hasil olunur.
Azərbaycan həm quruda, həm də dənizdə böyük infrastruktur qurub,
böyük boru kəmərləri inkişaf edir və unikal qazma platformalarını
idarə edir. Hesab edirəm ki, karbohidrogen sektorunun optimal və
səmərəli inkişafının açarı inkişaf etmiş infrastrukturun
olmasıdır”, – deyə B.Hüseynov qeyd edib.
Onun sözlərinə görə, bir çox platformalar və boru kəmərləri
25-30 il işləyir, lakin texnologiyanın inkişafı ilə onların
“həyat”ı eyni müddətə uzana bilər.
“İlk baxışda az rentabelli olan sahə varsa, infrastrukturun
olması onun cəlbediciliyini artıracaq”, – deyə SOCAR
vitse-prezidenti bildirib.
O, karbohidrogenlərin hasilatı və nəqli infrastrukturunun
inkişafında 30 il ərzində göstərdiyi köməyə görə BP-yə
minnətdarlığını bildirib.
F.Hüseynov bildirib ki, SOCAR hazırda əməliyyat təhlükəsizliyini
artırmaq üçün rəqəmsallaşmanı fəal şəkildə davam etdirir, həmçinin
quruda və dənizdə əməliyyatlarında “yaşıl” tendensiyalarına əməl
edir.





























