
Bakı. Trend:
Azərbaycanda binaların enerji səmərəliliyinin artırılması üçün
böyük potensial var.
Bu barədə Trend-ə energetika nazirinin Energetika Nazirliyinin
Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov
deyib.
O qeyd edib ki, enerji istehlakçılarının təqribən 40 faizi
binaların payına düşür.
“Bunlar həm yaşayış, həm də qeyri-yaşayış binaları, misal üçün,
kommersiya sektoruna aid binalar və istilik sistemləridir.
Binaların enerji səmərəliliyinin təmin olunması üçün kritik
addımlara layihələndirmə, tikinti və əsasın reallaşdırılması
daxildir. Tikintidən sonra binalar enerji səmərəliliyi tələblərinə
uyğun istifadə olunur. Dekarbonizasiya enerji istehlakının
azaldılması üzrə tədbirləri əhatə edən mühüm addımdır. Azərbaycanda
binaların enerji səmərəliliyinin artırılması üçün böyük potensial
var, onların bir çoxu hələ sovet dövründə tikilmiş və uzun
müddətdir ki, istismar olunur. Bu cür binalar enerji
səmərəliliyinin artırılması üçün mühüm potensiala malikdir, lakin
bəziləri sökülərək yeniləri ilə əvəz olunur. Hazırda enerji
səmərəliliyinin təmin olunması üçün bir çox standartlar işlənib
hazırlanır ki, bunlar da yenilənərək müasir tələblərə
uyğunlaşdırılır”, – o deyib.
Onun sözlərinə görə, bu yaxınlarda enerji resurslarından
səmərəli istifadə və enerji səmərəliliyi haqqında yeni qanun qəbul
edilib. Qanun binaların sertifikatlaşdırılmasına dair planları
özündə əks etdirir.
“Bu planları həyata keçirmək üçün bir sıra, o cümlədən memarlıq
komitəsi tərəfindən qanunlar hazırlanır. Bu tədbirlər müvafiq
qaydada sertifikatlaşdırılacaq binaların enerji səmərəliliyini
artıracaq.
Binaların layihələndirilməsi və tikintisi zamanı və enerji
səmərəliliyi üzrə standartları nəzərə almaq, enerji baxımından
səmərəli tikinti materialları seçmək vacibdir. Misal üçün, şüşə
butulkalardan və digər baxımından səmərəli materiallardan istifadə
enerji səmərəliliyini artırmağa kömək edir. Bundan başqa, fərdi
evlərin və binaların tikintisi də enerji səmərəliliyinin
artırılmasına yönəldilməlidir. Binanın tikinti istiqaməti, küləyin
təsiri, günəş işığından və təbii işıqlandırmadan istifadə, material
seçimi və binanın dekarbonizasiyası üçün ondan düzgün istifadə
mühüm aspektlərdir”, – deyə o əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























