
Bakı. Trend:
2024-cü ildə Macarıstanın Azərbaycandan qaz satın alması
məsələsi regional enerji bazarının reallığından asılı olacaq.
Bu barədə Trend-ə Macarıstanın xarici işlər naziri Peter Siyarto
29-cu Bakı Enerji Forumunun kuluarlarında deyib.
“Yazda sistemimizə SOCAR-ın 50 milyon kubmetr qazını buraxdıq və
daha çoxunu satın almağa hazırıq. 100 milyon kubmetrin satın
alınmasına dair çərçivə sazişimiz var. Lakin məsələ bunu fiziki
olaraq qəbul edib etməyəcəyimizdədir. Bu qazı təhlükəsiz tədarük
baxımından almalı olacağıqsa, bunu edəcəyik. Ehtiyacımız olmasa,
bunu gələn ilə saxlayacağıq”, – Siyarto deyib.
Qeyd edək ki, Macarıstanın qaza tələbatı ildə 10 milyon
kubmetrdir.
Xatırladaq ki, Macarıstanın təbii qazın ən böyük topdan satıcısı
olan “MVM CEEnergy” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti
SOCAR bundan əvvəl 100 milyon kubmetr qaz satışı üzrə müqavilə
imzalayıblar. SOCAR ötən il 50 milyon kubmetr qazı Macarıstandakı
anbara vurub.
Macarıstan 2023-cü ildə özünün təbii qaz anbarı üçün
Azərbaycandan 50 milyon kubmetr qaz satın alıb və 2024-cü ilin
aprelində onun istifadəsinə başlayıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























