Advertisement

TANAP vasitəsilə qaz nəqlinin həcmi 60 milyard kubmetrə çatıb

Bakı. Trend:

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə nəql olunan qazın
həcmi 60 milyard kubmetrə çatıb.

Trend bu barədə TANAP konsorsiumuna istinadən xəbər verir.

“Cənub Qaz Dəhlizinin ən mühüm həlqəsini təşkil edən və 30 iyun
2018-ci il tarixindən etibarən kommersiya qazının tədarükü həyata
keçirildiyi TANAP ilə nəql olunan qazın həcmi 60 milyard kubmetrə
çatıb.

TANAP Türkiyə və Avropanın enerji təchizatının strateji
təhlükəsizliyinə mühüm töhfə verməkdə davam edir”, – konsorsiumun
bəyanatında deyilir.

Qeyd edək ki, TANAP Azərbaycanın “Şahdəniz” yatağının
işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazı
Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə nəql edir.
TANAP-ın ümumi dəyəri yeddi milyard ABŞ dollarından azdır.

TANAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr
qaz təşkil edir, gələcəkdə bu həcmin ildə 31 milyard kubmetrə qədər
genişləndirilməsi mümkündür. Qazın təxminən altı milyard kubmetri
Türkiyəyə, qalanı isə Avropaya tədarük olunur.

X: @Lyaman_Zeyn