Advertisement

STAR NEZ aviayanacaq istehsalını iki dəfədən çox artırıb

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft
emalı zavodu (NEZ) 2024-cü ilin yanvar ayında aviayanacaq
istehsalını öncəki ilin analoji ayı ilə müqayisədə 2,3 dəfə
artırıb.

Trend bu
barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK)
istinadən xəbər verir.

EPDK-nin məlumatlarına əsasən, 2024-cü ilin yanvar ayında zavod
103 min 497 ton aviasiya yanacağı istehsal edib ki, bu da 2023-cü
ilin yanvar ayında istehsal olunan 44 min 824 tonla müqayisədə
əhəmiyyətli dərəcədə çoxdur.

Xatırladaq ki, COVID-19 ilə əlaqəli məhdudiyyətlər ucbatından
aviasiya yanacağına tələbat azaldıqda STAR 1,6 milyon ton aviasiya
yanacağının istehsalı üçün nəzərdə tutulmuş istehsal gücünü
operativ şəkildə dizel yanacağının istehsalına yönəldib.
Məhdudiyyətlər aradan qalxdıqdan sonra zavod artmaqda olan tələbi
qarşılamaq üçün aviasiya yanacağı istehsalını bərpa edib.

Ümumi dəyəri 6,3 milyard ABŞ dolları olan STAR zavodu 2018-ci
ilin oktyabrında işə salınıb. Layihə xərclərinin təqribən 3,3
milyard dolları borc vəsaitlərinin hesabına qarşılanıb.

STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavod
gündəlik 214 min barel xam neft emal etmək gücündədir.

X:
@Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)