Advertisement

Azərbaycan neft emalını azaldıb – Trend.Az

Bakı. Trend:

Bakıda yerləşən Heydər Əliyev adına neft emalı zavodunda (NEZ)
emal olunan xam neftin həcmi 2024-cü ilin yanvar-mart ayında
2023-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 5,9 faiz
azalıb.

Trend bu
barədə Energetika Nazirliyinin məlumatlarına istinadən xəbər
verir.

“2024-cü ilin yanvar-mart aylarında NEZ-də 1,6 milyon ton neft
emal olunub, 2023-cü ilin birinci rübündə isə bu göstərici 1,7
milyon ton olub”, – nazirliyin materialında deyilir.

Qeyd edək ki, göstəricinin azalması Azərbaycanda neft
hasilatının azalması, eləcə də NEZ-də davam edən modernizasiya ilə
əlaqədardır.

2023-cü ildə özünün 70 illiyini qeyd edən NEZ-in emal gücü ildə
6,0-6,5 milyon ton neftdir, lakin modernizasiyadan sonra bu
göstərici ildə 7,5 milyon ton olacaq.

Zavod 30 adda məhsul buraxır və Qazaxıstandan emal üçün neft
qəbuluna hazırlaşır. Hazırda bununla bağlı müvafiq danışıqlar
aparılır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun